​Bakı polisi aksiyada iştirak edenlerin sayını açıqladı

 
 "Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib".
 
 
 
Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən APA-ya daxil olan məlumatda bildirilib.
 
 
 
Məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
 
 
 
Məlumatda o da bildirilib ki, ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.