Bakı metrosunda sərnişinlərin sayı azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb.
Dövlət Statistika Komitəsindən virtualaz.org-a verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 71,8 mln. nəfər olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,8% azdır.
Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 12,1%-i metronun payına düşür.