​Bakı metrosunda ölüm

 
 
Bakı metrosunda ölüm hadisəsi baş verib.
 
Milli.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, bu dəqiqələrdə "Koroğlu" metro stansiyasının keçidində 45-50 yaş arasında olan qadın dünyasını dəyişib.
 
Polislər hadisə yerinə yaxınlaşmağa icazə vermirlər.
 
Hal-hazırda stansiyaya təcili tibbi yardımın əməkdaşları gəliblər. Şahidlərin sözlərinə görə, təcili tibbi yardım gec gəlib.