Bakı kinoteatrlarında komediya filmlərinin seansı ləğv olunub (FOTO)

Bakı şəhərindəki kinoteatrlarda komediya filmlərinin seansı ləğv olunub.
Turaninfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Nizami” kinoteatrında  elanda qeyd olunub.  Elanda yazılıb ki, "Şəhidlərin əziz xatirəsinin anımı ilə əlaqədar olaraq 03 aprel tarixində olan “Osman pazarlama”, “Axırıncı yol”, “Her şey aşkdan”,  "Mayamidə missiya" filmlərinin seansı təxirə salınıb.
Kinoteatrdan əməkdaşımıza bildiriblər ki,  sabahdan etibarən seanslar bərpa olunacaq. Daha öncədən bilet alanlara isə pulları geri qaytarılır.