Bakı İrəvanı yerlə-yeksan edəcək raketlər alır

Azərbaycan Silahlı Qüvvələri uzaq mənzilli operativ-taktiki raketlərin əldə edilməsi üzərində işləyir.
 Axar.az xəbər verir ki, bu barədə “AzeriDefence” jurnalına müsahibəsində Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov bildirib.
 General Z.Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinin özünü qoruması üçün 200, 300, 500 km-ə qədər mənzilli operativ-taktiki raketləri olmalıdır.
 “Düzdür, biz heç bir dövlətlə müharibə eləmək istəmirik. Amma məşhur bir atalar sözü var, “sülh üçün hərbə hazır olmalısan”. Silah da məhz buna lazımdır. O ki qaldı düşmənin hansısa obyektini vurmağa, bu gün ermənilərin işğal altındakı ərazilərimizdə olan bütün hərbi obyektlərini dəqiqliklə vurmağa əlimizdəki silah sistemləri tam imkan verir. Düşmənin hər hansı obyektini nöqtə atışı ilə vura bilərik. Ali Baş Komandan əmr versə, İrəvanı da vura bilərik”, – general vurğulayıb.