​Bakı avtobusunda hicablı qadın təhqir olundu – VİDEO (+18)

Bakıda sərnişin avtobuslarının birində gərgin anlar yaşanıb.
Minval.info xəbər verir ki, hadisə ənənəvi olaraq yer üstündə  baş verib. Belə ki, yaşlı sərnişin qadın ayağının ağradığını deyərək avtobusda əyləşmək istəyib. Lakin ona yer verilməyib və nəticədə dava düşüb.
Qadın isə bunun qarşılığında əyləşə bilmədiyi üçün digər sərnişinlərlə dalaşıb. Üstəlik, ağır təhqirlərə yol verərək başqalarını narahat edib.
Ona etiraz edilsə də, söyüş söyməkdə davam edən qadın hicablı xanımın ünvanına qeyri-etik ifadələr işlədib.
Ardınca isə ona əyləşmək üçün yer verilib.
Hadisənin hansı saylı avtobusda baş verdiyi bildirilmir.
 

Загрузка...
Загрузка...