“Bakcell”də balans fırıldağı - kütləvi şikayət

 
 
“Bakcell”də balans fırıldağı“Bakcell” mobil operator şirkətindən şikayətlər səngimir. Ölkənin aparıcı mobil şirkətinin abunəçilərə qarşı etdiyi fırıldaqlar barədə məlumatlar yayılır
 
Politika.Az-a şikayət edən abunəçilər bu operatordan imtina etmək qərarı veriblər. Kütləvi şəkildə şirkətin xidmətindən imtina başlanıb ki, bu da artıq neçıə müddətdir davam edir.
 
Cavid Novruzov adlı abunəçi yazır ki, 2 ildir “Baksel” abunəçisidir: “Balansım dünən 40 qəpik olduğu halda və heç kimlə danışmamışam, balans sıfır göstərir. Bu, birinci dəfə deyil. Niyə 25 dəqiqə pulsuz danışıq verdikləri halda 10 saniyədə danışsan artıq 1 dəqiqə o pulsuz vaxtdan çıxırlar? Operatora müraciət edirəm, deyir ki tarif belədir.
 
Bildirirəm ki, axı mən heç bir tarifə qoşulmamışam, yenə təkrar edir ki, bizdə belə göstərmir. Niyə fırıldaqçılıq edirlər? Açıq-şakar dərəbəylikdir və heç bir şiakyət dinlənilmir, vətəndaş haqlı olsa belə istənilən halda şirkət özünü dürüst çıxarır”.
 
Aygün Xanlarova adlı abunəçi də eyni problemlə üzləşdiyini təsdiqləyib. Onun sözlərinə görə, hər gün gecə 12-dən sübh 6-dək danışıq pulsuz elan olunub. Amma gün ərzində 29 qəpik həmin danışıqdan istifadə edildiyi üsçün balansdan silinir: “Mən də bu problemi yaşamışam. Başqa tarifə keçmişəm və balans şükür ki yerində qalır”.
 
Mahirə adlı abunəçi də “Baksel”dən narazıdır: “Deməli, 2 manatlıq kontur yükləmişdim. Cəmi 1 dəfə zəng vurduğum halda, 2 gün sonra balansım sıfır oldu. 555-ə zəng vuraraq, bəlkə bilmədən hansısa kampanıyaya qoşulmuşamsa, məni çıxarmalarını xahiş etdim, bir köməyi olmadı. Əvvəllər belə olmazdı”.