​Bahalaşma Şurasından dəstək: borclu “Azəristiliktəchizat” xalqı soyur - ÖZƏL

 
 
“Azəristiliktəchizat” xalqı soyurTarif Şurası “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarına dəyişiklik edib
 
Bu dəyişikliklərə əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.
 
Daha öncə bu qiymətlər müvafiq olaraq 35 və 30 qəpik idi, yəni qiymət 1 kubmetr su təchizatına görə 15 qəpik artırılıb.
 
Politika.Az xəbər verir ki, “Azəristiliktəchizat” sədri Yaşar Həsənovun Tarif Şurasına məktubu əsasında müzakirə aparılıb və yeni qiymət müəyyənləşdirilib. Y.Həsənovun maxinasiyaları barəsində dəfələrlə yazmağımıza baxmayaraq, onun yırtıcı siyasəti davam edir.
 
Bildirək ki, Nazirlər kabinetinin etdiyi yeni dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Bu vaxta qədər isti suyun qiyməti Tarif Şurası tərəfindən tənzimlənirdi. 2017-ci ilin yanvarın 1-dən isə “Azəristiliktəchizat” ASC müstəqil qiymət siyasəti həyata keçirəcək.
 
Azəriqaz” İstehsalat Birliyinin (İB) rəsmisi İbrahim Kərbəlayev “Azəristiliktəchizat” ASC-nin sərf etdiyi qaz üzrə “Azəriqaz”a təxminən 35-38% səviyyəsində ödəniş etdiyi və cari ilin 9 ayı ərzində “Azəriqaz” qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yarandığını açıqlamışdı.
 
Görünən odur ki, qiymət artımına təkan verən əsas səbəblərdən biri “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi və yığılıb qalan külli miqdarda borcudur.
 
Bu səbəbdən zaman-zaman iki qurum arasında yaranan “soyuq müharibənin” də şahidi olmuşuq. Bunun zərərini isə daha çox xalq ödəyib.
 
Belə ki, keçən il “Azəriqaz”ın “Azəristiliktəchizat”ı qazdan məhrum etməsi nəticəsində əhalinin istilik təchizatında təxminən 1 ay gecikmə baş vermişdi. Bu il də istilik sistemində problemlər yaşanmaqda davam edir. Xəstəxanalar, məktəblər də daxil olmaqla, əhalinin böyük qrupu hələ də istiliksiz qalıb.
 
Politika.Az xəbər verir ki, ölkənin iqtisadi böhran yaşadığı zamanda Tarif Şurası əhalinin sürətlə yoxsullaşması üçün sürətlə addımlar atır.
 
Əhalinin böyük əksəriyyətinin səhhətində narahatlıq var. Tarif Şurası Azərbaycanda sosial gərginliyi günbəgün artıran məmurların maraqlarını xalqın mənafeyindən üstün tutur.
 
Bəzi odioz nazirlər Azərbaycanı Somaliyə çevirmək xəttini tutub. Bir zamanlar varlı neft ölkəsi olan Somalidə illərdir xalq ac-susuz, xəstə, başqa dövlətlərin humanitar yardımı hesabına yaşayır.
 
Tarif Şurasındakı təxribatçı əllər verilən rəsmi qərarları iqtisadi şərhlərlə izah edə bilər. Ancaq reallıq ondan ibarətdir ki, qərarların heç biri xalqın xeyrinə olmayıb. Şura bircə dəfə belə xalqa sərf edən addım atmayıb.
 
Məsələn, hansısa məhsulun qiymətində ucuzlaşma haqda qərar verməyib. Sanki bu qurum Tarif yox, Bahalaşma Şurasıdır. İctimai nəqliyyatda, kommunal ödənişlərdə və s. sahələrdə artım etmək lazım gələndə Şura hərəkətə keçir. Bu qurum xalqa qarşı fəaliyyətdədir.

Загрузка...
Загрузка...