​Bahalaşan neft və differensiyalaşma xalqı çaşdırmadı - Sosial bədbinlik

Neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq və təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil
 
Digər tərəfdən, neftin dünya bazar qiymət hətta 60 dollara çatsa da belə bu manatın möhkəmlənməsi üçün yetərli deyil. Çünki bu halda da fondun qənaət prinsipi davam edəcək və nəticədə bazarda dollar qıtlığı olacaq.
 
Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, neftin bahalaşması dolların ucuzlaşması ilə müşayiət olunacaq.
 
Eyni zamanda neftin qiymətindəki artım heç də ərzaq məhsullarının qiymətinin enməsi və kommunal xərclərin azalması ilə nəticələnməyəcək.
 
Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq.
 
Ümumi inflyasiya səviyyəsi yüksələcək, kommunal xidmətlərin vaxtında və tam şəkildə ödəniş səviyyəsi aşağı düşəcək, əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanları azalacaq.
 
Bütün bunların nəticəsində sosial narazılıq artacaq, ədalətli olmayan differensiyalaşma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək.
 
Kompleks islahatlara start verilməzsə israfçılıq, korrupsiya və mənimsəmə hallarının artmasına, maliyyə intizamının pozulmasına gətirib çıxaracaq.
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, Azərbaycanda üçüncü devalvasiyaya çox yaxındır.
 
Bu iqtisadi proses davam etməkdədir və hər an insanların gözü iqtisadçıların verdiyi proqnozlarda və hökumət rəsmilərinin açıqlamalarındadır.
Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq.
 
Belə ki, qiymətlər daha sürətlə bahalaşacaq. Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasının artması istehlak qiymətləri indeksini yüksəldəcək.
 
Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir. Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir.

Загрузка...
Загрузка...