Bağlanan 3 bankın qorunmayan əmanətçilərinə kompensasiya ödəniləcək

 
Azərbaycanın sığorta hadisəsi baş vermiş 9 kommersiya bankından üçündə - “Parabank”, “Qafqaz İnkişaf Bankı” və “Dekabank” ASC-lərinin qorunmayan əmanətçilərinə kompensasiya ödənişinə başlanacaq.
 
Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
 
Məlumata görə, artıq adı çəkilən bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi demək olar ki, yekunlaşıb. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) 30 sentyabr 2016-cı il tarixinə “Parabank”ın qorunan əmanətçilərinə 32 675 532 manat, “Qafqaz İnkişaf Bankı”nın - 1 705 056 manat, “Dekabank”ın - 2 772 350 manat kompensasiya ödəyib. Ümumilikdə 3 bank üzrə 37 152 938 manat kompensasiya ödənilib.