​Bağlanan 10 bankın əmanətçilərinə 718 milyon manat kompensasiya ödənilib - RƏSMİ

 
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 dekabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 382 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 764 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilib.
 
Teleqraf.com Fonda istinadən xəbər verir ki, 4 bank üzrə ümumilikdə 126 miyon 074 min manatdan artıq kompensasiya ödənilib.
 
13 dekabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 261 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 943 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 204 min manatdan artıq kompensasiya ödənilib.
 
13 dekabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 050 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 173 min manatdan artıq kompensasiya ödənilib.
 
13 dekabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 430 milyon 372 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 717 milyon 823 min manatdan artıq kompensasiya ödənilib.
 

Загрузка...
Загрузка...