​Bağırsaqları təmizləyən ƏN EFFEKTLİ 6 ÜSUL - MÖCÜZƏVİ NƏTİCƏ

Baxış sayı: 
210

Yoğun bağırsaqları mütəmadi olaraq təmizləmək lazımdır! Sadə vasitələri tətbiq etməklə, siz bir çox ciddi xəstəliklərdən qaça bilərsiniz.
Yoğun bağırsaq incə bağırsaqlarda bölünməyən qidalı maddələr, duz və vitaminlərə görə cavab verir. Yoğun bağırsağın fəaliyyəti pozulanda bədəndə toksinlər yığılmağa başlayır. Bu, yorğunluq, qarın köpü, qəbizlik, qaz və xroniki baş ağrıları kimi problemlər yaradır. Buna səbəb isə qeyri-sağlam qidalanmadır, çünki indi bir çox ərzaqların tərkibi kimyəvi maddələrlə və əlavələrlə zəngindir. Bu isə yoğun bağırsaqlarda selik əmələ gətirir.
Sadə müalicəvi üsullarla yoğun bağırsağı təmizləyə, zəhərli elementləri orqanizmdən xaric edə və faydalı bakteriyaların sayını asanlıqla artıra bilərsiniz. Bundan başqa, bağırsaqlar təmizləndikdən sonra özünüzü daha enerjili hiss edəcəksiniz, bədəniniz qidalı maddələr və vitaminləri daha rahat həzm edəcək.
Publika.az bu yazıda oxucuları bağırsaqları ev şəraitində təmizləyən üsullarla tanış edib.
1. Su
Kifayət qədər su içmək bağırsaqları təmizləmək üçün ən asan üsuldur. Bu, təxminən 10-12 fincan təşkil edir. Müntəzəm olaraq su içdikdə zərərli tullantılar və zəhərlər bədəndən təbii şəkildə xaric edilir. Su qidanın həzm olunmasına və hərəkətinə kömək edir. Bundan başqa, su bədənin nəm balansı üçün vacibdir.
2. Alma şirəsi
Müntəzəm surətdə alma şirəsi içmək zəhərli maddələri azaldır, qaraciyərin sağlamlığını, həmçinin həzm sistemini yaxşılaşdırır. Tərkibində qatqı maddələr olmayan təbii alma şirəsi də effektivdir.
Bağırsaqları təmizləyən alma şirəsi
Səhər acqarına 1 stəkan alma şirəsi için.
Yarım saat sonra su için.
Bunu gün ərzində bir neçə dəfə təkrarlayın.
Müalicə kursu 3 gündür.
3. Limon şirəsi
C vitamini sayəsində güclü antioksidant xüsusiyyətlərə malik olan limon mədə-bağırsaq sistemi üçün əla vasitədir. Bağırsaqları təmizləmək üçün bir neçə gün limon şirəsindən istifadə edə bilərsiniz.
Bir stəkan isti suya limon şirəsi və dəniz duzu əlavə edib səhər acqarına için. Bu, dərini yaxşılaşdıracaq və bədənə daha çox enerji verəcək, hətta detoksikasiya prosesini yaxşılaşdıracaq.
Yaxud da bir stəkan alma şirəsinə iki xörək qaşığı limon şirəsi əlavə edib onu gündə üç-dörd dəfə için. Bu içki yoğun bağırsağa daxil olan seliyi azaldacaq.
4. Tərəvəz suları
Yoğun bağırsaqların təmizləməsi üçün birinci şərt odur ki, qızarmış və hazır məhsullardan uzaq olmalısınız. Onları yemək əvəzinə, gündə bir neçə dəfə təzə tərəvəz şirəsi için.
Xüsusilə göyərti və yaşıl tərəvəzlərin tərkibində xlorofil adlanan elementlər bağırsaqları təmizləməyə kömək edir. Meyvə və tərəvəzlərdə olan vitaminlər, minerallar, amin turşusu və fermentlər orqanizmi sağlam və enerjili edəcək.
Kök, çuğundur, balqabaq, ispanaq, kələm və s. tərəvəzləri blenderdən keçirin, yaxud şirəçəkənin köməyi ilə təbii şirə hazırlayın.
5. Sellülozla zəngin olan məhsullar
Lifli qida məhsullarının qəbulu zəhərləri yoğun bağırsaqdan təmizləməyə kömək edəcək. Odur ki, qida rasionuna moruq, armud, alma, brokkoli, kələm kimi təzə meyvə və tərəvəz əlavə edə bilərsiniz. Dənli və paxlalı bitkilər, həmçinin qoz da sellülozla zəngindir.
6. Yoğurt, qatıq
Qatıq bədəni sağlam saxlamaq üçün ən yaxşı üsuludur. Onda olan probiotiklər bağırsaqlarda yaxşı bakteriyalar yaradır, bağırsağın iltihab xəstəliyi ilə mübarizəsinə və həzmə kömək edir.
Aytən

Загрузка...
Загрузка...