Bağdadiyə qarşı qiyam: arvadı girov götürüldü

 
İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə qarşı qiyam baş verib.
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qiyamı təşkilatın nəzarət altında saxladığı bölgələrə nəzarəta edən Əbu Osman adlı terrorçu təşkil edib.
 
Məlumatlara görə, Əbu Osmanın tərəfdarları Bağdadinin gizləndiyi binaya 4 dəfə raket zərbəsi endiriblər. Hadisə zamanı Bağdadinin 7 komandiri öldürülüb. Qiyam zamanı onun həyat yoldaşı girov götürülüb. Bağdadi isə Mosuldan Suriyanın Rakka şəhərinə qaçıb.