Bağdadda partlayış: 11 ölü, 39 yaralı

Bağdadda baş verən partlayış nəticəsində 11 nəfər həlak olub, 39 nəfər isə xəsarət alıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi təhlükəsizlik qüvvələrinə və tibbi mənbələrə istinadən yayıb.
Məlumata görə, paytaxtın şərqində şiələrin birgə yaşadığı rayonda avtomobil partladılıb. Hələ heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.