Bacısıyla qaçan qızın özü danışdı — ŞOK MÜSAHİBƏ - SƏS YAZISI

 
 
Sentyabrın 23-də bacısının ərinə qoşulub qaçan 14 yaşlı Cəlilabad sakini Gülbahar Məmmədova (ad şərtidir) atasının razılığı ilə Ölkə.Az-ın suallarını cavablandırıb.
 
Qeyd edək ki, ailəsinin ehtimallarına görə, o, bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçmışdı.
 
- Gülbahar, neçə gündür evinizdəsiniz?
 
- Evimizə getməmişəm, üç gündür əmimgildə qalıram.
 
- Bir yerdə oxudum, demisiniz ki, Ələmdarla (bacısının yoldaşı) getməyimə görə peşman deyiləm. Bu doğrudur?
 
- Bəli, belə bir söz demişəm.
 
- Yenə fikrinizdə qalırsınız?
 
- Bəli, bəli.
 
- Bəs niyə rayona qayıdıb polis şöbəsinə gəldiniz?
 
- Gördüm ki, hər şey bambaşqa olur, ona görə evimə qayıtmaq istədim.
 
- Yəni?
 
- Düşündüm ki, anamın, atamın qatili olaram da. Onların ürəyi partlayar, ölüb eləyərlər, bu mənimçün çox pis olar.
 
- Ələmdarla münasibətləri bərpa etməyi düşünürsünüz, yoxsa bu məsələ bitdi?
 
- Xeyr, xeyr.
 
- Yəni bağlanmadı?
 
- Xeyr.
 
- Bacınızı-Ələmdarın həyat yoldaşını görmüsünüz?
 
- Görməmişəm.
 
- Bacınızdan üzrxahlıq edəcəksiniz?
 
- Hələ ki başqa biriylə danışacaq durumda deyiləm. Çox əsəbi olmuşam.
 
- Ələmdar səni vururdu, döyürdü?
 
- Döymürdü.
 
- Nə vaxtdan bir-birinizi görmürsünüz?
 
- Üç gündür gəlmişəm, görməmişəm.
 
- Telefon əlaqəniz var?
 
- Telefon əlaqəm yoxdur.
 
- Ailəniz Ələmdarın həbsini istəyir. Siz də istərdiniz?
 
- İstəməzdim.
 
- Bağışlanılmasını və sizinlə ailə qurmasını istəyərsiniz?
 
- Bəli.
 
- Bacınızın taleyini düşünmürsünüz?
 
- Hələ ki heç nə düşünmürəm.
 
- Bacınızı düşünmürsüz?
 
- Düşünürəm. Məni də başa düşün də, gərginəm.