Bacısına görə, dostunu amansızca öldürdü: “Dedim kəlməyi şəhadətini söylə …”

Baxış sayı: 
210

 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində Amal Zülfüqarovun (1995-ci il təvəllüdlü) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
 
Qətl ötən il avqustun 14-də Qobustan qəsəbəsində yerləşən kafedə baş verib.
Dava zamanı Qismət Məmmədli bıçaqlanaraq öldürülüb, daha iki nəfər – Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
 
Cinayətin Amal Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o, Qaradağ RPİ 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
 
Məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama əsasən, avqustun əvvəllərində Nabranda “Atlant” istirahət mərkəzində olarkən Amal Qismətin ona baxmasına iradını bildirib, buna görə aralarında mübahisə yaranıb.
 
Daha sonra Zülfüqarov dostunun, xaricdə yaşayan bacısı ilə telefonla danışmasından şübhələnib və bundan hiddətlənərək, onu qəsdən öldürmək qərarına gəlib.
 
Qobustanda, kafedə yığışıb, domino oynayarkən Amal Qismətə arxadan yaxınlaşıb, əvvəl boynundan bıçaqla zərbə endirib, sonuncu ona tərəf dönəndə sinəsindən xəsarətlər yetirib. Yanlarında olan Tələt və Haldun kəsici aləti əlindən almaq istəsələr də, o bıçaqla onları da vurub. Sonra, xırıldayan Məmmədlini boğaraq, qətlə yetirib.
 
Elan olunmuş ittiham üzrə A.Zülfüqarov özünü qismən təqsirli bilib. İfadəsində Qismətlə dost olduğunu bildirib:
 
“İstirahət mərkəzində olarkən mənə qarşı fərqli davranışını hiss etdim, mənə tərs-tərs baxırdı. Səbəbini soruşanda, söyüşlə cavab verdi. Yanımızdakı uşaqlardan səbəbini soruşdum, heç kim səbəbini bilmədi.
 
Bundan bərk əsəbiləşdim. Evə qayıdandan sonra, hadisə günü Qobustanda, kafedə görüşdük və Qisməti vurdum. Digər dostlarımı bilərəkdən vurmamışam, ola bilər onlar araya girəndə, bıçaq hansısa bədən hissələrinə dəyib. Qisməti vurduqca bilirdim ki, əzab çəkir. Dedim, ölürsən, kəlməyi şəhadətini söylə.
 
Gördüm, Allah, Allah deyir. Əzab çəkməməsi üçün əllərimlə boğdum. Təcili yardımın işçiləri kafeyə girmək istəyəndə, qoymadım yaxınlaşsınlar. Artıq ölmüşdür, qadınların yaxınlaşmasını istəmədim”.
 
Məhkəmə baxışı davam edir.(oxu.az)

Загрузка...
Загрузка...