​“Bacımın başqa kişi ilə münasibətindən şübhələndim” – Qətl

 
Bakıda bacısını öldürməkdə təqsirli bilinən Anar Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
 
İttihama görə, hadisə bu il mayın 5-də Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi ərazisində baş verib. Bakı şəhər sakini Anar Məsimov evində münaqişə zəminində bacısı Nigarı bıçaqla qətlə yetirib.
 
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Məsimov tutulub.
 
İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isəiradlara məhəl qoymayıb.
 
Mayın 5-də növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb. Bundan hiddətlənən qardaş mətbəx bıçağı ilə bacısına bir neçə zərbə vuraraq onu qətlə yetirib.
 
Məhkəmədə ifadə verən Anar Məsimov özünü təqsirli bilib. O, ifadəsində bacısının evdən tez-tez getdiyini və buna görə də onun başqa bir kişi ilə münasibət saxlamasından şübahləndiyini deyib.
 
Anar Məsimovun atası Akif Məsimov bildirib ki, oğlu ilə qızının tez-tez mübahisə edib: “Oğlumun psixoloji probleminin olub. Hadisə bunun üstündə baş verib”.
 
Növbəti proses dekabrın 19-da davam edəcək.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...