​Baba Rzayevin "quda"sı Elmar Məmmədov həbsdən qurtuldumu...?

 
 
Cəmiyyət və onun informasiya aclığını qarşılayan elektron media intizarla Baş Prokurorluğun Beynəlxalq Bankın bir neçə gün öncə “qara bazar” olaylarına görə işdən kənarlaşdırılan sədri Elmar Məmmədovun həbs olunmasıyla bağlı rəsmi açıqlama ilə çıxış edəcəyini gözləyirdi
 
Amma bu gözləntilər özünü doğrultmadı və buradan da belə bir nəticə çıxarıla bilər ki, ümumiyyətlə Elmar Məmmədov həbsdən canını qurtarmağa müvəffəq olub.
 
Əlbəttə, bu ölkədə heç nəyi məntiqlə proqnozlaşdırmağın mümkün olmadığı ötənlərdə dəfələrlə isbat olunub, o üzdən gələn həftənin bazar ertəsi məmləklətin hansı xəbərlə yuxudan ayılacağını kimsə proqnozlaşdıra bilməz. Amma yenə də ötənlərin təcrübəsi onu iddia etməyə əsas verir ki, Elmar Məmmədov hüquq-mühafizə orqanlarından bir neçə günlük möhlət ala bilibsə, deməli bu müddət ərzində “günahsızlığını” sübut etmək üçün “qara bazar”dan əldə etdiklərini son quruşunadək təhvil verərək həbsdən qurtulmaq ehtimalı xeyli yüksəlib.
Baba Rzayevin "quda"sı Elmar Məmmədov həbsdən qurtuldumu...?
Yeri gəlmişkən, Elmar Məmmədov işdən çıxarılandan sonra mətbuatda onun “Azərişıq” ASC - nin sədri Baba Rzayevlə də quda olduğu barədə xəbərlər tirajlandı. Moderator.az hakim ailəyə kifayət qədər yaxın olan B. Rzayevin qudasına qarşı belə bir addımın atılacağını mümkünsüz hesab etdiyindən araşdırmalara başladı. B. Rzayevin yaxın ətrafına qədər gedib çıxan saytımıza tam bəlli oldu ki, onun Elmar Məmmədovla quda olması haqqında xəbərlər həqiqəti əks etdirmirmiş. Bir oğlu, bir qızı olan Baba müəllimin qudası Elmar Məmmədov yox, Nizami Haqverdiyev adlı şəxsdir və bu ailənin yaxından-uzaqdan Elmar Məmmədovla heç bir əlaqəsi yoxdur. Məlumatlara görə Baba Rzayev onunla bağlı mətbuatda yayılmış bu xəbəri gülüşlə qarşılayıb və mətbuatın bu qədər qeyri-ciddiliyindən təəssüfləndiyini ifadə edib ki, onun kiminləsə quda olması barədə cəmiyyətə yanlış məlumat vermələri azmış kimi iki qardaşı olduğu halda guya bir qardaşının olması barədə informasiyanın tirajlanmasını heç cür anlaya bilmir...

Загрузка...
Загрузка...