Baba Rzayev üçün yolun sonu - XARİCİ ŞİRKƏT AXTARILIR

 
“Azərişıq” ASC-nin sədri Baba Rzayev üçün yolun sonu görünür
 
Hökumətdəki mənbənin Politika.Az-a verdiyi məlumata görə, ölkə rəhbərliyi tərəfindən xaricdən elektrikpaylayıcı şirkət tapılması tapşırığı verilib.
 
Buna səbəb isə B.Rzayevin yarıtmaz işidir. Belə ki, "Azərişıq" ASC-nin əsas vəzifəsi ölkəni fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaq olsa da, qarşıya qoyulan vəzifələr, demək olar ki, yerinə yetirilməyib:
 
“Bu işləri görmək üçün dövlət tərəfindən Azərişıq ASC-yə xeyli dəstək göstərilsə də, istənilən nəticə əldə edilməyib. Hazırda Bakının özündə, mərkəzi rayonlarda bəzən saatlarla elektrik enerjisi olmur. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunmalı idi, amma bu proses də axsayır. Düzdür, xeyli avadanlıqlar yenilənib, amma nəzərə alsaq ki, ASC-nin yaranmasından artıq bir neçə il ötüb, kifayət qədər vaxt olub, qurum bütün ölkəni əhatə edən yenidənqurma işləri reallaşdıra bilməyib. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdıdılır və kabel xətləri çəkilir. Lakin mərkəzlərdə. Mərkəzdən kənar ərazilər nəzərə alınmır, ucqarlarda durum lap bərbaddır. Təsəvvür edin, ucqar kəndlərdə elektrik xətləri sınanda yerli əhali özü bərpa edir. Tranformatorları vətəndaşlar özləri pul yığıb alırlar. Sayğaclaşma prosesi də yarı yarımçıq qalıb, əhalinin böyük əksəriyyəti hələ də smart-sayğaclarla təmin olunmayıb. Bütün bunlar isə B.Rzayevin öz işinə etinasız yanaşmasının göstəricisidir. Görünür, elə bu səbəblərdən də ölkə rəhbərliyi şəbəkəni yenidən xarici şirkətə vermək fikrindədir”.

Загрузка...
Загрузка...