Baba Rzayev təxribatı: “İlham Əliyev, bu adam yoxsulları zülmətə qərq edir” - Fakt

 
Noyabrın 22-də, saat 12:00-dan etibarən borcu olanların işığı kəsiləcək
 
Politika.Az xəbər verir ki, “Azərişıq” ASC istfiadə olunan elektrik enerjisinə görə borcu yaranan abonentlərə növbəti dəfə xəbərdarlıq edib.
 
Şirkətdən bildirilir ki, “Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 2016-cı il noyabr ayının 22-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz olaraq və fərdi qaydada dayandırılacaqdır.
 
Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun SC tərəfindən ciddi tədbirlər görüləcək.
 
Politika.Az xəbər verir ki, ASC sədri Baba Rzayev xalqın maddi vəziyyətinin ağırlaşdığı vaxtda camaata işıqla imtahana çəkir. Milyonları olan və böyük biznes imperiyasının sahibi B.Rzayev əhalinin durumunu nəzərə almadan işığı kəsəcəyini xəbərdar edir.
 
Bu da birbaşa xalqa qarşı iqtisadi və mənəvi basqı ilə yanaşı prezidentin daxili sosial siyasətinə qarşı getməkdir. Çünki prezident insanların rifahını yaxşılaşdırmağa çalışır. B.Rzayev isə xalqın əleyhinə sərt qərarlar qəbul edir.
 
ASC rəhbəri nəzərə almır ki, qabaqkı vəziyyət deyil, insanlar işsizdir, evinə çörək apara bilmir, çətinliklə kommunal ödənişlər edir. Amma qışın soyuğunda borcu olan abunəçilər zülmətə qərar edilir. Bu abunəçilərin evində körpəsi, xəstəsi, yaşlısı olanı var.
 
Onlar işıqsız nə etməlidir?! ASC rəhbərinin addımı xalqa terror, genosiddir. Bu qurumun rəhbərliyində olanlar müxtəlif yollarla qazandığı milyonlar və biznes hesabına evlərində işıqları gur yanır. Amma sadə camaatın ödəmək imkanı yoxdur. Burda güzəştlər olmalıdır və əhaliyə zaman verilməlidir.
 
Politika.Az xəbər verir ki, bundan qabaq da Ağsuda xəstəxananın işıqları kəsilmişdi. SC sədri körpələri, xəstələri nəzərə almadan qışın sazağında işıq kəsir. Buna nə ad vermək olar? Tamamilə mənəvi bir məsələdir.
 
Dəfələrlə mətbuatda B.Rzayevin korrupsiya əməlləri, büdcə pullarını talan etməsi barədə faktlar təqdim olunub. Eyni zamanda onun əhalinin problemlərinə laqeyd yanaşmasında giley-güzar edilib.
 
Mətbuatı izləyənlər də təsdiqləyər ki, mühüm quruma rəhbərlik edən bu şəxs nə vətəndaşlarla görüş keçirir, nə onları dinləyir, nə problemləri ilə yaxından maraqlanır.
 
B.Rzayev təkcə 16-18 oktyabr tarixlərindəki yağış fəlakətində ölkənin işıqsız qalması ilə bağlı bir açıqlama verilməliydi. Azərişıq sədri xalqa hesab verməliydi ki payız yağışı niyə ölkəni zülmətə qərq elədi?! Respublikanın bir çox zonalarında işıq təsərrüfatı iflic olmuşdu.
 
Eləcə də qaçqın və məcburi köçkünlərin yaşadığı regionlarda - Bərdə, Tərtər, Biləsuvar, Bəhramtəpə, Ağcabədi, Beyləqan və digər zonalarda ölkə işıqsız qalmışdı. Lakin B.Rzayev bu yağış fəlakətində meydana çıxıb bir söz belə demədi. Avropa ölkələrində belə vəziyyət olsaydı həmin qurum rəhbəri istefa verərdi.