“Azərsu”dan dövlətə dəhşətli zərbə: minlərlə sayğac zay çıxdı - ÖZƏL

 
Azərsu” ASC dövlət büdcəsinə dəhşətli zərbə vurub
 
Politika.Az-a daxil olan xəbərə görə, qurumun xaricdən gətirdiyi su sayğaclarının zay olduğu üzə çıxıb.
 
Bu sayğacları ölkəyə gətirən ASC rəhbərliyi olub. Amma smartkart sayğacların yararsız çıxması nəticəsində böyük pullar itirilib. Buna görə də mexaniki sayğaclar gətirilməsinə qərar verilib. Smartkart sayğaclar isə Çindən alınıb.
 
Bu da həmin cihazların keyfiyyətsiz olduğu deməkdir. ASC prezidenti Qorxmaz Hüseynov dövlətin büdcəsinə vurduğu zərəri ört-basdır etməyə və gizlətməyə çalışıb. İndi mexaniki sayğaclar gətirilməsinə başlanacaq. Bununla da Q.Hüseynov ölkənin böhranlı vaxtında büdcəni talan etmiş olur.
 
Təlimata əsasən, abonentlərin evinə quraşdırılan sayğaclar öncədən “Azərsu”ASC-nin müvafiq Suölçən Cihazların Sınaq və Kalibirləmə Laboratoriyasından sınaqdan keçməli, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sertifikatını almalıdır. Məişətdə istifadəyə verildiyi andan isə ən azı 5 ildə bir dəfə yoxlamadan keçirilməlidir.
 
Politika.Az-a daxil olan xəbərə görə, ölkədə ən çox yeyinti olan qurumlardan birinin “Azərsu” ASC-i olduğu hər kəsə bəllidir.
 
Dəfələrlə bu idarədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ciddi yeyintilər, qanun pozuntuları, külli miqdarda rüşvət, dövlətin ayırdığı pulların silinməsi faktları aşkar edilib.
 
Heç kimə də sirr deyil ki, bu qurum “qohum-əqraba obyektinə” çevrilib. Bu haqda mediada xeyli araşdırmalar aparılıb, məlumatlar verilib. Təbii inhisar sahələrinin ən başlıcalarından biri su - kanalizasiya xidmətidir.
 
Başqa xidmət sahələrində olduğu kimi sözügedən sahədə də istehlakçıların hüquqları nəinki qorunur, əksinə çeşidli yollarla vətəndaşlar xidmətdən məhrum edilir, su üzünə həsrət qalırlar.
 
Kanalizasiya xidməti haqqının suya “pərçimlənməsi” sərfiyyatın sayğac yolu ilə avtomatlaşdırılması adına anlaşılan olsa da, bir çox yerlərdə ciddi narazılıq yaradır.
 
Elə evlər var ki ,ümumiyyətlə kanalizasiya sisteminə qoşulmayıb, amma abonentlər olmayan kanalizasiyaya görə su sayğacının göstəricisinə uyğun ödəniş etməyə məcbur edilirlər.