​ “Azərişıq” Soyqrımı Muzeyinin elektrik enerjisini niyə "soyqırımı"na məruz qoyur?

 
“Quba Soyqırımı Memorial Kompleksində tez-tez elektrik enerjisinin kəsilməsi borcla bağlıdır”.
Bunu Publika.az-a Quba rayon icra hakimiyyəti başçısının birinci müavini Yusif Abidov millət vəkili Yevda Abramovun Quba Soyqırımı Memorial Kompleksində tez-tez elektrik enerjisinin kəsilməsi ilə bağlı iradına münasibət bildirərkən deyib.
“Quba Soyqırımı Memorial Kompleksinin “Azərişıq” ASC-yə borcu yaranıb. Borcun vaxtında ödənilməməsi səbəbindən müvəqqəti elektrik enerjisi kəsilib. Danışıqlar aparılandan sonra enerji bərpa edilib. Biz də abidənin tarixi əhəmiyyətini nəzərə alaraq “Azərişıq”a müraciət etmişik. Bu cür tarixi abidələrdə enerjinin borca görə kəsilməsi doğru hal deyil”.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a bildirib ki, bəzi müəssisələr, xüsusən də bu kimi muzeylərdə enerjinin verilməsinə həssas yanaşırıq: “Əvvəlcə bilmək lazımdır ki, hər bir abonent bizim üçün eynidir. Borc varsa, elektrik enerjisi kəsilir. Lakin xəstəxanalar, muzeylər, müqəddəs məkanlarda borca görə digər abonentlərdən fərqli olaraq dəfələrlə xəbərdarlıq edilir. Əgər dəfələrlə edilən xəbərdarlığa rəğmən borc ödənmirsə, o zaman enerjinin dayandırılması gündəmə gəlir. Lakin konkret adı çəkilən Komplekslə bağlı biz diqqətlə yanaşırıq. Ola bilər ki, enerjinin kəsintisi bizimlə bağlı deyil, müəssisənin daxili problemi ilə əlaqədar olsun. Bunu daha dəqiq araşdırmaq üçün problem yaşanan gün və saatlar barədə bizə məlumat verilməlidir”.

Загрузка...
Загрузка...