"Azəriqaz" yeni qaz xətti çəkəcəkdi, amma borular oğurlanıb

"Azəriqaz" İstehsalat Birliyinin boruları oğurlanıb.
Musavat.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Savalan qəsəbəsində baş verib.
Yeni qaz xəttini çəkilməsi üçün Savalan yaşayış massivinə gətirilən 54 metr uzunluğunda olan 76 millimetrlik dəmir borular oğurlanıb.