Azərbaycanlıların yaşadığı vilayətlərdə kütləvi edamlar başladı

 
 
Son həftələrdə İranda edam hökmlərinin çoxu Güney Azərbaycan və əhalisinin əksəriyyətinin türk olduğu digər bölgələr, o cümlədən Qəzvin vilayətində icra olunub.
 
 
TURANİNFO.AZ xəbər verir ki, ən az 13-ü son dörd gün ərzində olmaqla həmin bölgələrdə keçən bir ay ərzində əksəriyyəti narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş 30-dan artıq məhkum dar ağacından asılıb.
 
 
Edamlar Şərqi Azərbaycanın Təbriz və Şəbistər şəhərləri, Qərbi Azərbaycanın Urmiyə və Xoy şəhərləri eləcə də, Ərdəbil, Həmədan və Qəzvin vilayətində həyata keçirilib.
 
 
Yanvarın 7-də, Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində qətl ittihamı ilə məhkum edilmiş 25 yaşlı bir gənc şəhərin böyük tərəvəz bazarının meydanında əhalinin gözü qarşısında edam edilib.
 
 
Eyni gündə Xoy şəhərinin Evoğlu bölgəsində yerləşən bir kənddə qətldə ittiham olunan başqa bir məhbus kənd əhalisi önündə edam edilib.
 
 
Eyni gündə Ərdəbil Ədliyyəsinin veb səhifəsinə istinadən, daha əvvəl İranın İnqilab Məhkəmələri tərəfindən narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilimiş üç məhbus Ərdəbil mərkəzi zindanının həyətində asılıblar. Ədliyyə asılanların kimliyi ilə bağlı məlumat verməyib.
 
 
Yanvarın 6-da qaçaqçılıq ittihamı ilə mühakimə edilmiş bir qadın və üç kişi Təbriz Mərkəzi Zindanında asılıblar.