Azərbaycanlıların yaralandığı partlayış andiçməni təxirə saldı - Foto

 
Rusiyanın İvanova şəhərində baş verən partlayış şəhərin yeni rəhbəri Vladimir Şarıpovun noyabrın 9-u üçün nəzərdə tutulan andiçmə mərasininin təxirə salınmasına səbəb olub.
 
Turaninfo.az Rusiya mediasına istinadla xəbər verir ki, 2 noyabrda təyin edilən merin 9 noyabr andiçmə mərasimindən sonra fəaliyyətə başlayacağı gözlənilirdi. Hazırda mərasimin nə vaxta qədər təxirə salındığı açıqlanmayıb.
 
İvanova sakinləri isə partlayış nəticəsində ölənlərin xatirəsini hadisə yerində şam yandırmaqla anıblar.
 
Xatırladaq ki, bu gün şəhərin Minsk küçəsində ikimərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 6 nəfər ölüb. Yaralananlar arasında binanın yaşayan Ələsgərovlar ailəsinin üzvləri də var.
 
Partlayış qaz sızmasından baş verib.