Azərbaycanlılardan Moskvada “Artsax” doşabı satılmasına etiraz...- “KarabakhTV”

Baxış sayı: 
152
0  
0  

 
 
Bu günlərdə Rusiya paytaxtının iri supermarketlərindən birində “Artsax” “brend”i ilə məhsulların satılması bunun şahidi olan soydaşlarımızın etirazına səbəb olub. 
 
Moderator.az yazır ki, “KarabakhTV” bu haqda  Rusiya mediasına istinadla xəbər yayıb.
 
Bir qrup azərbacanlı Moskvada “Artsax  Frut” adı altlnda tut doşabı, nar şirəsi, tərəvəz konservlri və s. satıldığını görüncə supermarket rərbərliyinə qəti etirazını bildirib. Həmyerlilərimiz Azərbaycanın işğal altındakı ərazilərində  qondarılmış separatçı-terrorçu bir qurumujn himayəsi altında qeyri-qanuni fəaliyyət göstərən erməni müəssisələrinin istehsal etdiyi məhsulların Rusiya paytaxtında satılmasının beynəlxalq qanunlara və ikitərəfli razılaşmalara uyğun gəlmədiyini söyləyiblər. Buna rəğmən  ticarət mərkəzi rəhbərliyi burada qanunsuz heç bir şey olmadığını deyərək “Artsax Frut” məhsullarını satmaqda davam edəcəklərini bildirib. Rusiyadakı erməni ictimai təşkilatları və KİV, eləcə də Ermənistan mediası bununla bağlı əks-kampaniya apararaq azərbaycanlıları “radikallıq”da suçlamaqdadırlar.
Xatırladaq ki, bu, Rusiyada ilk belə hal deyil. İllərdir ki, Moskva və digər şəhərlərdə erməni yarlıklaıryla “Qarabağ” arağı, Kəlbəcər “İstisu”yu, Laçın “Turşsu”yu və s. adi hala çevrilməkdədir...
 
P.S. Bura təəccüblü heç nə yoxdur- işğal altlnda olan torpağın məhsulunu yeyəcəklər də, satacaqlar da...
Sultan Laçın

Загрузка...
Загрузка...