“Azərbaycanlılar Ermənistanda məktəb uçurtdu”, tətil başladı - Sarkisyan bizə niyə minnətdardır?

Azərbaycanlılar Ermənistanda məktəbi uçurtdu, erməni məmurları isə təmir edir.
 
Publika.az xəbər verir ki, erməni jurnalist Tevos Arşakyan bu sözləri Ermənistan hakimiyyətinin siyasətini şərh edərkən ironiya ilə deyib.
 
Arşakyan “Aştarakda məktəbi kim uçurtdu: azərbaycanlılar, yoxsa erməni məmurları?” deyə məsələ qaldırıb.
 
“Bu günlərdə İrəvanda əlil uşaqlar üçün bərpa mərkəzi açıldı. Açılışda prezident Serj Sarkisyan iştirak edirdi və o, elə diqqət göstərirdi ki, sanki gecə-gündüz erməni uşaqlarını düşünür. Yaltaqlar isə onun ətrafında pərvanə kimi dolanırdı. Hərçənd, İrəvandan bir neçə kilometr kənarda – Aştarakda Vardqesa Petrosyan adına orta məktəb qəzalı vəziyyətdədir. İrəvanda Sarkisyan bərpa mərkəzini açanda, Aştarakda məktəb müəllimləri və valideynlər tətil keçirirdi. Məktəb 60 il əvvəl tikilib, 602 şagird təhsil alır, halbuki, cəmi 200 şagird üçün nəzərdə tutulub. Son 10 ildə valideyn və müəllim komitəsi məktəbin təmir olunması üçün məmurlara müraciət etsə də, heç bir reaksiya yoxdur. Buna görə də tətil keçirməyə qərar verdilər. Tətil haqda KİV yazan kimi məmurlar məktəbə getdilər. Məktəbin direktoru Qrişa Qevorqyan deyir ki, təmirin yanvar ayında başlamağa söz veriblər, lakin bu, tədris ilinin ortasıdır. Buna görə də verilən vədlərə inanmırlar”, - deyə erməni jurnalist qeyd edib.
 
Jurnalist əlavə edib ki, Sarkisyan hakimiyyəti bu məktəblə bağlı heç bir bəhanə tapa bilməyəcək: “Çünki Aştarak Azərbaycanla sərhəddə yerləşmir. Əgər sərhəddə yerləşsəydi, iddia edəcəkdilər ki, məktəbi erməni məmurlar yox, azərbaycanlılar uçurub. Hərçənd, Aştarak sərhəddə yerləşsəydi, Sarkisyan azərbaycanlılara minnətdar olacaqdı, çünki bu, amil ona yaxşı bəhanə istehsal etməyə imkan verərdi. Hətta deyəcəkdi ki, “azərbaycanlılar uçurtdu, ermənilər təmir edir”.
 
Asif

Загрузка...
Загрузка...