Azərbaycanlı uşaq "Qolos"u yenə heyran etdi - VİDEO

Rusiyanın Birinci kanalında uşaqlar arasında keçirilən "Qolos" səs yarışmasının azərbaycanlı iştirakçısı Azər Nəsibov yenidən hər kəsi heyran edə bilib. Həmyerlimiz İlya Litvinov ilə Arseniy Sabalkovla birlikdə “Romans Nemorino” əsərini ifa ediblər.
Münsiflər heyəti ifaçıların möhtəşəm performans göstərdiklərini bildirib. Rusiyanın adlı-sanlı müğənnisi Leonid Aqutin gənc ifaçıların gələcəkdə böyük uğurlar qazanacağını deyib. İfaçıların müəllimi Pelaqeya sonda üç uşaqdan birini - Azər Nəsibovu seçib və yola onunla davam etmək istədiyini deyib. Bununla da Azər növbəti mərhələyə adlayıb. Münsiflər heyətinin üzvləri Dima Bilan, Pelaqeya və Leonid Aqutindir.
Azər Nəsibov yarışa  "Scorpions" qrupunun "Maybe İ Maybe You" mahnısının kover versiyası ilə start verib. Nəsibovun ifası hər üç münsifi heyran edib. Azərin ifası yerli tamaşaçılar tərəfindən gur alqışlarla müşayiət olunub. Onun ifası yerli publikaya xoş gəldiyindən tamaşaçılar “Afərin, Afərin, Afərin!” deyə qışqırıblar. (anspress)
- See more at: http://teleqraf.com/news/93639#sthash.R1m9DDNr.dpuf