​Azərbaycanlı tələbə ABŞ-da bürünc medal qazanıb

ABŞ-ın Texas universitetində atletika üzrə Tələbələrin Liqa yarışları keçirilib. "Report"un məlumatına görə, ənənəvi yarışda Birləşmiş Ştatların əksər universitetlərinin tələbələri mübarizə aparıb.
Onların arasında ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da olub. O, hündürlüyə tullanma yarışlarında 2.05 m nəticə ilə üçüncü yeri tutub. Yarışın qalibi adını 2.16 m hündürlüyə tullanan yerli atlet Çarles Austin qazanıb.
Yekun nəticələrə əsasən, Miçiqan Universitetində təhsil alan Ə.Məmmədov yarışın bürünc medalına layiq görülüb.