Azərbaycanlı qız Türkiyədəki verilişə qayıtdı - VİDEO

 
Türk telekanalında yayımlanan “Zuhal Topalla evlənmə” verilişinin bəyliyə namizədi Baha sevgilisi Naz Mila üçün Bakıya gəlib.
 
Teleqraf.com xəbər verir ki, Baha Bakıda Nazla mübahisə etdiyini açıqlayıb: “Bakıya getdim, oteldə qaldım. Saatlarca Nazın ünvanını axtardım. Bibisi qızının evini tapdım. Çox yorğun idim. Birlikdə Bakını gəzdik. Hər şey yaxşı idi. Gələnə yaxın yenə mübahisə etdik. Sən başqasını sevirsən deyib getdi. Türkiyəyə gəldiyini bilmirəm. Axırıncı dəfə evinə gedəndə qapını bibisi qızı açdı. Evdə olmadığını dedi. Artıq əsəblərim pozulub. Bu, son şansıdır. Bir daha ayağına getməyəcəm”.
 
Studiyaya gələn Naz Bahanı təəccübləndirib: “Bakıya gəldi, çox təəccübləndim. Dedi qapıdayam. Düşündüm ki, zarafat edir. Türkiyədən Azərbaycana gəlib, ünvanı tapıb. Amma orada da millətin içində səs-küy yaratdı. Ona görə də dedim getsin”

Загрузка...
Загрузка...