Azərbaycanlı müxbirin sualı dünya mediasına çıxdı

 
UEFA Avropa Liqasının qrup mərhələsində “Fənərbaxça”-“Mançester Yunayted” qarşılaşmasından sonra qonaq komandanın baş məşqçisi Joze Mourinyo mətbuat konfransı keçirib.
 
Turaninfo.az Xəbərlər.com-a istinadən məlumat verir ki, matçı izləyənlər arasında azərbaycanlı jurnalist də olub və o, mətbuat konfransında baş məşqçiyə erməni futbolçu Henrix Mxitaryanla bağlı sual verib. Adı açıqlanmayan həmyerlimiz portuqaliyalı mütəxəssisə “Mxitaryanı komandadan çıxaracaqsınız?” - deyə, sual ünvanlayıb.
 
Mourinyo isə cavabında “Mxitaryanı komandadan çıxarmağı düşünmürəm. Amma daha yaxşı oynamağa çalışmalıdır”, - deyib.
 
Həmyerlimizin erməni futbolçu haqda sualı dünya mediasında ciddi əks-səda verib.
 
Xatırladaq ki, matç 2:1 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.