​Azərbaycanlı məşhurların iştirak etdiyi “Top ulduzlar” realiti şousu başladı - Foto

 
Dünən teleaparıcı Azər Zahidin təqdimatında ATV və “Amedia Group”-un birgə layihəsi olan “Top ulduzlar” realiti şousunun çəkilişləri start götürüb.
Publika.az xəbər verir ki, Şamaxıda yerləşən “Sakitgöl” adlı oteldə proqramın möhtəşəm açılış mərasimi baş tutub.
Bir sıra şoubiznes ulduzlarının qonaq olduğu şounun ilk buraxılış gecəsində püşkatma üsulu ilə 16 iştirakçının adı bəlli olub. Daha sonra isə həmin 16 iştirakçının hərəsi öz komanda yoldaşı olacaq adları seçib. Beləliklə, 32 nəfərin yarışacağı şouda 16 komandadan ibarət iştirakçıların adları bəlli olub:
1. “Bakı” komandası: Azər Aydəmir (“Məryəm” serialının baş qəhrəmanı Zaur) və Vüqar Bəxtiyar (Müğənni)
2. “Off-side” komandası: Səməndər Rzayev (Gənc aktyor) və Vüsalə Kərimova (“100 ölç, bir biç” verilişinin aparıcısı)
3. “Atəş” komandası: Vüqar Vüqarlı (Telejurnalist) və Pərvin Həsənzadə (“Miss Asiya-2014”)
4.”Gicgicə” komandası: Elmir Məhərrəmov (Keçmiş “Dəyirman” rep qrupunun üzvü) və Rəna Ağamuradova (Rəqqasə Renka)
5. “Penalti” komandası: Sənan Şəfizadə (İdman xəbərlərinin aparıcısı) və Ülviyyə Xəlilbəyli (“Vicdan haqqı” serialının Nərgizi)
6. “İn yan” komandası: Çingiz Mustafayev (dj Çina) və Rumiyyə Ağayeva (Aktrisa)
7. “Lion” komandası: Vüqar Əliyev (“ATV Maqazin” proqramının əməkdaşı) və Pərvanə Talıbzadə (Aktrisa)
8. “Black out” komandası: Ramin Abdullayev (parodiyaçı) və Elgün Bayramlı (“Amedia Group”un əməkdaşı)
9. “Vicdan haqqı” komandası: Murad İsmayılov (“Vicdan haqqı” teleserialının qəhrəmanı Fariz) və Rövşən Bəhməzli (İfaçı)
10. “Ulduz” komandası: Əhməd Mustafayev (Müğənni) və Xumar Səlimova (Aktrisa)
11. “Güclülər” komandası: Rəşad Həmidov (DJ Raş) və Babək Niftəliyev (Əməkdar artist)
12. “Bombardir” komandası: Səbuhi Xanlarov (Parodiyaçı) və Elvira İsmayılova (Aktrisa)
13. “Everest” komandası: Səlim Abbasov (Əməkdar artist, skripkaçı) və Vüsal Novruzov (Aktyor)
14. “Cərəyan” komandası: Ülvi Həsəni (Teleaparıcı, aktyor) və Təranə Səmədova (Prodüser)
15. “Cobra wolf” komandası: Kamran Sultanov (“Davam ya Tamam” şousunun eks iştirakçısı) və Pərviz Abdullayev (“Kobra” ləqəbli idmançı)
16. “Yoxlama” komandası: Azər Zahid (Aparıcı) və Seyhan Ağayeva (Blogger, fotomodel)
Qeyd edək ki, realiti şouda 2 nəfərdən ibarət 16 komanda qapalı stadionda futbol oynayacaq. Hər gün 4 komandanın oyunu, yəni 2 matç keçiriləcək. Bir komanda rəqib bildiyi digər komanda ilə görüşəcək. Hər gün bir uduzan komanda şounu tərk edəcək. Ən sonda 1 cütlük qalib olacaq. Qalibi dəyərli hədiyyələr gözləyir.
Publika.az "Top ulduzlar" layihəsinin informasiya dəstəyidir.

Загрузка...
Загрузка...