​Azərbaycanlı məmurun qohumu rus biznesmenin nəvəsi ilə qəzada öldü - İsveçrədə - VİDEO

 
Rusiyalı biznesmen Platon Lebedevin 19 yaşlı nəvəsi Diana Lebedeva İsveçrədə yol qəzasında həlak olub.
 
Turaninfo.az  life.ru-ya istinadən xəbər verir ki, Diana ilə yanaşı qəzada onun 23 yaşlı dostu Azər Yaqubov da ölüb. Məlumatlara görə, Azər Yaqubovun idarə etdiyi  BMW X6 markalı avtomobil Luqano gölünə düşüb. Xilasedicilər bir neçə saat sonra içərisində 2 cəsəd olan avtomobili göldən çıxarıblar.
 
Qəzanın dəqiq səbəbləri məlum deyil. Bildirilib ki, qəza zamanı ölən Azər Yaqubov Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin qohumu olub. Sübhi Şıxlinski əslən azərbaycanlıdır. O, 1964-cü ilin dekabrın 29-da Şəmkir şəhərində anadan olub. Ötən ilin dekabrında Rusiyanın baş nazuiri Dmitri Medvedev tərəfindən ona “Vətənə xidmət” ordeni təqdim edilib.