Azərbaycanlı milyarderin müavinin oğlu ilə birlikdə avtoxuliqanlıq edən qız həbs olundu – VİDEO

 “Lukoyl” şirkətinin vitse-prezidentinin oğlu ilə birlikdə Moskva küçələrində avtoxuliqanlıq edən üçüncü şəxs də saxlanılıb.
Turaninfo.az  Rusiya KIV-lərinə istinadən xəbər verir ki, bu, 22 yaşlı xanım sürücü Maru Baqdasaryandır. Qaqarin məhkəməsinin hökmü ilə o, 10 sutka həbs cəzasına məhklum edilib. 22 yaşlı qız polis əməkdaşlarına tabe olmamaqda ittiham olunub.
Buna qədər də Baqdasaryan bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub. Ötən ilin payızında xanım “BMW” markalı maşınıyla törətdiyi qəzada 3 nəfər həlak olmuş, bir neçə nəfər yaralanmışdı. Baqdasaryan özü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. 22 yaşlı Maru Baqderasyan yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 140 dəfə cərimə olunub.