Azərbaycanlı jurnalistlər Dariqa Nazarbayeva ilə görüşdülər - FOTOLAR

Avrasiya media forumunda iştirak edən azərbaycanlı jurnalistlər tədbirin təşkilatçısı, Qazaxıstanın baş nazirinin müavini Dariqa Nazabayeva ilə görüşüblər.
Dariqa Nazarbayeva azərbaycanlı jurnalistllərə Azərbaycana xüsusi ehtiramı olduğunu bildirib və onlara qardaş ölkədən gələrək Avrasiya media forumunda iştirak etdikləri üçün təşəkkürünü bildirib.
Jurnalistlərdən Qazaxıstan və Astana haqqında təəssüratlarını soruşan və müsbət cavab alan xanım Nazarbayeva onları gələcəkdə keçirilən tədbirlərdə də görməsindən məmnun olacağını ifadə edib.
D.Nazarbayeva Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızıdır və ictimai-siyasi həyatda göstərdiyi fəallığa görə ölkənin birinci xanımı statusundadır. Ölkədə bir çoxları onu prezidentin varisi hesab edir və düşünürlər ki, o, gələcəkdə Qazaxıstan prezidenti olacaq.
Qeyd edək ki, sözü gedən beynəlxalq tədbirdə ölkəmizi AzTV-nin reportyoru Fadil Paşayev, İTV-nin müxbiri Füzuli Məcidli, JTİ şirkətinin meneceri Əli Verdiyev, APA TV-nin xəbər müdiri Cavid İsmayıl və Musavat.com saytının şef redaktoru Xalid Kazımlı təmsil edir.