Azərbaycanlı idmançı dünyada “İlin atleti” adına ən real namizəd kimi göstərildi

 
 
 
 
Hazırda qardaş Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev dünya üzrə 2017-ci ilin ən yaxşı atleti adına ən real namizəd kimi göstərilib.
 
Moderator.az xəbər verir ki, sprinterin namizədliyini birbaşa Avropa Atletika Federasiyası irəli sürüb. Qeyd edək ki, hər qitəyə məsul olan federasiya yalnız bir atleti Dünya Atletika Federasiyasına namizəd kimi təqdim edə bilər. Sonda həmin qurum ilin ən yaxşı atletini müəyyən edəcək. 10 atletik yer aldığı siyahıda kimin lider olacağını social şəbəkə istifadəçiləri də müəyyənləşridə biləcəklər. Nəticələr sentyabrın 26-da açıqlanacaq.
 
Qeyd edək ki, kişi və qadın atletlərin yer aldığı 10 nəfərlik siyahıda Usain Boltun adı yoxdu. Üç kateqoriya üzrə ən yaxşılar məhz bu onluqdan seçiləcək.
 
Elmin Nuri

Загрузка...
Загрузка...