​Azərbaycanlı ekstrasensdən qorxunc proqnoz

 
2016-cı il kainatın intiqam ili olduğundan ilin sonuna doğru təbii fəlakətlər çoxalacaq. Zəlzələlər, daşqın, sel, uçqunlar, torpaq sürüşmələri olacaq.
 
Axar.az xəbər verir ki, bu barədə baku.vs-ə azərbaycanlı ekstrasens, metafizik Zərinə Ulduz deyib.
 
Onun sözlərinə görə, 12 ölkədə, xüsusilə Pakistan, Türkiyə, İraq, İran, Yeni Zellandiya, Hindistan, Çində, Ermənistanda güclü zəlzələlər olacaq. ABŞ daşqınlardan, Azərbaycan torpaq sürüşmələrindən ziyan çəkəcək.
 
Türkiyədə ilin sonunadək iki tanınmış sima xərçəngdən, biri isə qəzadan dünyasını dəyişəcək. Azərbaycanda isə xalq artisti vəfat edəcək. Tibbə məlum olmayan yeni virus aşkarlanacaq. Yeni bir din uydurulacaq.