​Azərbaycanlı biznesmenin oteli geri qaytarılır - FOTO

 
Müflis elan edilən azərbaycanlı biznesmen Telman İsmayılovun oteli barədə elan edilən tender ləğv olunub.
 
Turaninfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsmayılova məxsus "Mardan Palace" oteli barədə qərar Antalya 5 -ci İcra Hüquq Məhkəməsi tərəfindən elan edilib.
"Mardan Palace" otelinin Baş drektoru Çətin Pehlivan mətbuata bildirib ki, biz türk turizminin böyük problemlər yaşadığı 2016-ci ildə böhran idarə etmək məcburiyyətində qalmışdıq.
 
"Belə çətin bir müddətdə gözəl otelimizi ayaqda saxlamaq üçün çalışan hər kəsə təşəkkür edirəm. Apardığımız bu mübarizə nəticəsində Antalya 5-ci İcra Hüquq Məhkəməsi təxminən bir ildir ki, uzanan satış tenderini ləğv etdi. Bununla da iddia bizim leyhimizə təmin edildi. Artıq otelin satış tenderi ləğv edilib".
 
Telman İsmayılov- azərbaycanlı biznesmen
 
Çətin Pehlivan banklara borcların ödənməsi üçün ortaq bir qərarın qəbul ediləcəyini deyib.
Ötən il Xalq Bank borcları ödəmədiyi üçün Telman İsmayılovu məhkəməyə vermişdi. Bank borcun əvəzində onun otelini əlindən almaq istəyirdi. Amma bankın şikayəti təmin edilməyib. Daha sonra digər borcunu tələb edən şirkətlər məhkəməyə müraciət edib. Zəmanət Bank və Güclü İnşaatın da iddiaları təmin edilməyib.
 
 
“Mardan Palace” oteli
 
Azərbaycanlı milyarderin oteli "Mardan Palace" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. "Mardan Palace" otelinin inşasına 1.4 milyard dollar pul xərcələnib. Otelin açılışına Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqa məhşurlar gəliblər.
 
Otel noyabrın 2 -də 360 milyon 50 min lirəya (129 milyon dollar) satılıb. Amma hərraca çıxarılan ilk vaxtlarda otelin qiyməti 719 milyon lirə (təqribən 257 milyon dollar) göstərilirdi.
"Mardan Palace" otelini Səudiyyə Ərəbistanının kralı Salman Abdel Əziz Al Saud Antalyada keçirilən G-20sammitində bağlatdırmışdı. Oteldə 1 gecə qalmaq  15 min dollar çivarındadır. Otel 2 ay əvvəlcədən bron olunub. Kral oteldə 3 gün qalıb.
 
"Mardan Palace" otelinin yerləşdiyi Antalya şəhəri (qırmızı rənglə işarələnib)
 
Forbes-in məlumatına görə, 2015-ci ilin aprelində AST şirkətlər qrupunun prezidenti Telman İsmayılov 200 ən varlı rusiyalı sahibkarın daxil olduğu siyahıda 0,6 mlrd. dollar sərvətlə 144-cü yeri tuturdu, ötən dövr ərzində onun sərvəti 0,15 mlrd. dollar azalmışdı.