Azərbaycanlı alman polisini tərksilah etdi – Bir nəfəri əsir götürdü

 
Azərbaycanlı qaçqın Almaniyada qan töküb.
 
Teleqraf.com xəbər verir ki, hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Burgholzhausem qəsəbəsində baş verib.
 
Polisin verdiyi məlumata görə, azərbaycanlı ailənin qaçqın kimi sığınacaq almaq üçün Almaniyaya etdiyi müraciətə rədd cavab verilib. Bundan sonra polis gecə 03:30-da qaçqınların yaşadığı əraziyə gələrək azərbaycanlı ailəni deportasiya etmək istəyib.
 
İki polis əməkdaşı, bir həkim, miqrasiya idarəsinin bir əməkdaşı və bir mühafizəçi azərbaycanlı ailənin qaldığı mənzilin qapısını döyüb. Deportasiya ediləcəyini anlayan ailənin başçısı ani hərəkətlə polisin tapançasını alaraq havaya atəş açıb. Polis əməkdaşları və həkim dərhal hadisə yerindən qaçıb. Miqrasiya idarəsinin nümayəndəsi isə əsir olaraq saxlanılıb.
 
Bundan bir neçə dəqiqə sonra azərbaycanlı ailə evin qapısını açaraq polisə təslim olub. İçəri daxil olan polis 49 yaşlı qadını qanın içində görüb. Ümidsiz vəziyyətə düşən qadın mətbəx bıçağını götürərək qarın nahiyəsinə vurub.
 
Ən son xəbərə görə, prokurorluq hadisə ilə maraqlanıb və cinayət hadisənin araşdırılmasına başlanılıb.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...