Azərbaycanlı iş adamı etirafçı olub?- Rza Zərraba kostyum verilməməsinin arxasındakı SİRR

 
    
 
Amerikada həbsdə olan və son bir həftə ərzində barəsində xəbər alınmayan azərbaycanlı iş adamı Rza Zərrabla bağlı bəzi detallar üzə çıxıb.
 
Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, İrana qarşı sanksiyalara məhəl qoymamaqda günahlandırılan azərbaycanlı iş adamı 16 noyabrda keçirilən məhkəmə prosesində iştirak etməyib.
 
Vəkilləri ondan bir həftə xəbər almayınca, Türkiyə tərəfi ABŞ-a nota verib və  "Rza Zərrabın səhhətində heç bir problem yoxdur" şəklində cavab alıb. 27 noyabrda keçiriləcək məhkəməyə hazırlıq iclasına Rza Zərrabın qatılmaması, “Xalq Bank”ın keçmiş sədr müavini Hakan Atillanın tək iştirakı bəzi iddiaların ortaya çıxmasına səbəb olub.
 
Amerikada olan türk jurnalist Razi Canikligil məsələ ilə əlaqədar maraqlı detal paylaşıb. Məhkəmə prosesini işıqlandıran jurnalistin yazdığına görə, məhkəmə sədri Hakan Atilla və Rza Zərrabın saxlanıldığı həbsxanaya məktub göndərib. Məktubda Hakan Atillaya 27 noyabrdakı məhkəmədə iştirak üçün kostyum, ayaqqabı, corab və kəmər verilməsini istəyib. Ancaq Rza Zərrab üçün eyni tələblər qoyulmayıb. Bu isə R.Zərrabın 27 noyabrdakı məhkəməyə də qatılmayacağı iddiasını ortaya çıxarıb. Təxminlərdən biri də budur ki, Rza Zərrab artıq azadlıqda olduğu üçün həbsxana geyimində deyil və onun məhkəməyə gəlmək üçün əlavə kostyuma ehtiyacı yoxdur. Bir çoxları bu detalı Rza Zərrabın artıq etirafçı olması kimi qiymətləndirib. 
 
Xəzər
Cebhe.info

Загрузка...
Загрузка...