​Azərbaycanla bağlı biabırçılıq: “Arvad İnstaqramdadırsa..." – Video

 
 
Rusiyanın "Pyatnitsa” kanalında yayımlnan "Lesya zdesya”nın növbəti buraxılışı Bakıya həsr olunub.
 
Baku.vs xəbər verir ki, Lesya Nikityukun aparıcılığı ilə təqdim olunan verilişdə Azərbaycan, xüsusilə də Bakı haqqında məlumat verilib. Ən əsası isə kişilərdən söhbət açılıb.
 
Bilməyənlərin nəzərinə çatdıraq ki, Lesya dünyanın bir sıra yerlərinə səyahətə çıxır ki, axtardığı ideal kişini tapsın. O, dünyanı gəzir və müxtəlif ölkələrin ən perspektivli ər namizədlərinin reytinqini müəyyən edir. Həmçinin tanışlıq üçün ən gözəl yerləri təqdim edir.
Lesya Nikityuk Azərbaycan mentaliteti ilə tanış olub, sərt adət-ənənələri görüb, belə demək mümkünsə qorxub...
 
Belə ki, verilişdə Azərbaycan Zorxana Federasiyasının əsas treneri Xəyyam Orucov aparıcı ilə söhbətində deyib ki, Azərbaycanda kişilər əgər arvadları "İnstagram” istifadəçiləridirsə, onu boşayırlar... O, həmçinin deyib ki, bizdə kluba gedən qızlar əxlaqsız hesab edilir...”
 
"Toya qədər intim münasibətə girmək isə bizdə qadağandır. Bu çox pisdir”. Bu sözləri isə atçılığın polo növü üzrə oyunçusu Elçin Camallı deyib.
Rəhilə adlı bir həkim qadın isə deyib ki, toya qədər sevişmək bizdə qəti qadağandır. Bu bizim mentalitetə ziddir.
 
Verilişdə həmçinin meyxanaçı qardaşlar - İntiqam və Ehtiram Hümbətovlar da çəkilib.
Ehtiram aparıcıya "Azərbaycanda qadınların əksəriyyəti evdar xanımlardır. Mənim özümün idarə etdiyim maşınım var "Jeep”, arvadımın da maşını var. Paltaryuyan maşın” – deyib.
 
Verilişin video-görüntüsünü oxuculara təqdim edirik: