Azərbaycanın Lütfü Zadələrə ehtiyacı var...

 
 
Lütfü Zadə Azərbaycana nə verib deyənlərə...
 
Lütfü Zadə birbaşa Azərbaycan üçün heç nə etməyib.
 
Elm sahəsində dünya nəhənglərinin çoxu haqqında demək olar ki, filankəs dahi öz vətəni üçün nə etdi... Amma bu sualı verənlərin çoxu elmdən bixəbərdilər.
 
Lütfü Zadə dünya elmində Eynşteynə bərabər bir alimdi.
 
Lütfü Zadə dünya elminə böyük töhfələr verib.
 
Lütfü Zadənin dünya elminə verdiyi töhfələrdən Azərbaycana da pay düşür.
 
Türk dünyasında Lütfü Zadəyə bərabər 3-5 barmaqla sayıla biləcək alimlər olub. Onlardan biri Nəsirəddin Tusidir.
 
Lütfü Zadə planetar miqyaslı bir alimdi.
 
Lütfü Zadənin vətəni Yer kürəsidir.
 
Lütfü Zadənin Azərbaycanı özünə vətən seçməsi Azərbaycan üçün fəxrdi.
 
Gələcəkdə Lütfü Zadənin Azərbaycanda dəfn edilməsi Nizami Gəncəvinin Azərbaycanda dəfn edilməsi qədər dəyərli bir hadisə olacaq.
 
Əminəm ki, Lütfü Zadənin Azərbaycanda dəfn edilməsi Azərbaycan elminin inkişafına yeni enerji verə bilər.
 
Lütfü Zadənin qəbri Azərbaycanda elmi ziyarətgaha çevriləcək.
 
Orta məktəb şagirdləri, ali məktəb tələbələri, doktorantlar, elmlər doktorları, akademiklər Lütfü Zadə nümunəsindən dərs alacaqlar.
 
Azərbaycanın Lütfü Zadəyə və Lütfüzadələrə ehtiyacı var.
 
Dünyanın dahi alimi Lütfü Zadəyə hörmət və ehtgiramla
 
Prof.Dr. Qüdrət İsaqov
 
Qlobal.az

Загрузка...
Загрузка...