Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

 
Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya  kəşfiyyatı sızdırır?
ABŞ-ın İraqdakı radikal qruplaşmalara, o cümlədən İŞİD-ə milyardlarla dollarlıq silah-sursat ötürməsi haqda informasiya kampaniyasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır. Virtualaz.org xəbər verir ki, bu iddianı Ukraynanın “Xvilya” internet-nəşri irəli (http://hvylya.net/analytics/geopolitics/oruzheynyie-manipulyatsii-lubyan...)sürüb. Həmin informasiya kampaniyasında Azərbaycanın da adı hallandırılır.
 
Xəbər verildiyi kimi Bolqarıstanın “Trud” qəzeti “Anonimous Bulgaria” adlı hansısa haker qrupunun sızdırdığı sənədlərə istinadən Azərbaycanı diplomatik yük adı altında Amerika silahlarını Suriyaya daşımaqda ittiham edən yazı dərc edib. Həmin yazının müəllifi ruslarla əlaqələri olan Diana Qaytanjiyevadır. Ukrayna nəşri hesab edir ki, informasiya kampaniyasının məqsədi ABŞ-ın bu və ya digər formada müttəfiqləri olan Almaniya, Azərbaycan, Türkiyə və Ukraynanı hədəf almaqdır.

Загрузка...
Загрузка...