​Azərbaycanın işğal olunmuş bir rayonunu versəydik... - Sərkisyan

 
Ermənistan prezidenti Serj Sərkisyan rusiyalı jurnalist Dmitri Kiselyovun Türkiyə və Ermənistan arasında olan münasibətlərə dair suallarına cavab verib.
 
Avropa.info xəbər verir ki, Sərkisyan deyib ki, 2009-cu ildə münasibətlərin bərpasına dair protokolların imzalanmasına hazırlıq gedirmiş.
 
D.Kiselyov: Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması nə yerdədir, qarşınıza belə bir məqsəd qoyursunzmu?
 
S.Sərkisyan: Təəssüf ki, bu sual mənə deyil. 2008-ci ildə biz türklərə danışıqları bərpa etməyi təklif etdik. Ləng keçən danışıqlarla 2009-cu ildə iki protokolun imzalanmasına gəlib çıxdıq. Sürixdə BMT TŞ-nın üç üzv ölkəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə bu iki protokolu imzaladıq.
 
Təəssüf ki, bir müddət sonra məlum oldu ki, türklər protokolları ratifikasiya etməyə hazır deyillər. Faktiki olaraq ilkin şərtlər olmadan Ermənistanla münasibətlər qurmağa hazır deyillər. İlkin şərtlər irəli sürməyə başladılar. Ermənistan “DQR”-i məcbur etməli idi ki, heç olmasa bir işğal olunmuş rayonu Azərbaycana versin. Yəni “təhlükəsizlik zonası”ndan bir rayonu. O zaman türklər diplomatik münasibətləri bərpa etməyə də hazırdır, sərhədlər də açılacaq.
 
Sənədlərdə də, protokollarda da razılaşmışdıq ki, münasibətləri ilkin şərtlər olmadan qururuq. Cavabımız belə oldu: “Bğaışlayın, bu barədə protokollar imzalananadək danışmaq lazım idi, yəni danışıqlar prosesi zamanı”. Bu andan etibarən Türkiyə ilə heç bir münasibətimiz mövcud deyil. Sadəcə biz hansısa beynəlxalq forumlarda görüşürük, salamlaşırıq, o qədər.
 
– Heç nə əbədi deyil, hərəkət etmək lazımdır.
 
– Əlbəttə. Soruşa bilərsiniz ki, nə etməli? Bəli, 2009-cu ildə hətta bəzi dostlarımız deyirdi ki, bizlər genosid kompleksi keçiririk, türklər “genosid”i tanımamış onlarla hər hansı münasibət saxlamaq istəmirik. Lakin biz buna getdik. Mənim o vaxtkı vəziyyətimi başa düşün, mən bütün dünyanı gəzəndə erməni diasporunun üzvləri ilə qarşı-qarşıya gəlirdim. Parisdə, Nyu-Yorkda, Los-Ancelesdə, Beyrutda Ermənistan prezidentinə qarşı bu ölkələrin erməni əsilli minlərlə vətəndaşı qarşı çıxdı. Onlar bu protokolların imzalanmamasını tələb edirdilər. İşlədim, inandırmağa çalışdım, xahiş etdim. Nəticə – protokollar imzalandı, amma yerinə yetirilmədi.
 
Bundan sonra nə etməli? Deyilənə razı olaq və deyək: “Gəlin “təhlükəsizlik zonası”nı Azərbaycana verək”. Bəs sonra? Türkiyə sərhədləri açacaq. Üç ay, bir il, yarım il sonra hansısa münaqişə baş verəcək. Bu ki bizdən asılı deyil. Bəlkə də uyğun nümunə deyil, mən hər zaman deyirəm ki, istənilən toy, qurulan istənilən ailədə hər iki tərəfin razılığı lazımdır. Belə yerdə demək olmaz ki, problemin 50%-i həll olunub. Vəziyyət o deyil. Bu məsələdə bizdən heç nə asılı deyil.

Загрузка...
Загрузка...