Azərbaycanın hərbi qulluqçusu şəhid olub

Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.
Bu barədə Turaninfo.az Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.