Azərbaycanın bu ərazilərində zəhərli rodon qazı təhlükəsi böyükdür- Xəbərdarlıq

 
 
 
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun alimləri ölkənin müxtəlif regionlarında radon qazının təhlükəsi və onunla mübarizə yollarına dair maarifləndirmə görüşləri keçirib.
 
Moderator.az xəbər verir ki, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir. GGİ ölkə ərazisində radonun paylanmasının tədqiqinə xarici ölkələrin alimləri ilə birgə 2010-cu ildə başlayıb. İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə aparılmış tədqiqatlar nəticəsində “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub. Radon qazı əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış məntəqələrində normadan artıq müəyyən edilib. Tədqiqatların hazırda davam etdirilməsi, bu təbii qazla mübarizə yollarının ictimaiyyətə çatdırılması “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gəlir. “Radon və insan sağlamlığı” elmi-kütləvi broşürü təbii radiasiya, onun mənbələri və radon qazının insan sağlamlığına yaratdığı təhlükələrdən bəhs edir. Bunlardan əlavə, yeni nəşrdə sözügedən təhlükələrin azaldılması və insanların ondan qorunması yolları, həmçinin bu istiqamətdə zəruri əhəmiyyət daşıyan normativ aktlar haqqında da ətraflı məlumat verilir. Broşür Ə.Feyzullayev, Ç.Əliyev, gənc alim Fərəh Mahmudova və Rauf Bağırlının 2010-cu ildən etibarən birgə apardıqları tədqiqatların nəticəsində hazırlanıb.
 
Elmin Nuri

Загрузка...
Загрузка...