Azərbaycanı sevən erməni aktyordan şok: “Arvadım məni…” - Şok

 
SSRİ xalq artisti, milliyyətcə erməni olan Armen Cigərxanyan xəstəxanaya yerləşdirilib.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, həyat yoldaşı Vitalina Romanovskaya tərəfindən zəhərləndiyini iddia edib.
 
Bu məqsədlə Cigərxanyan polisə şikayət edib. Aktyor bildirib ki, arvadı mirasına sahib olmaq üçün onu öldürmək istəyib.
 
Hazırda Cigərxanyan həyat yoldaşı ilə görüşmək istəmədiyini və ona nifrət etdiyini açıqlayıb.
 
Məsələ ilə bağlı bəzi məlumatlar Rusiya mediasında dərc olunub. Bildirilib ki, ər və arvadın arasında tez-tez mübahisələr yaşanırmış. Son mübahisə zamanı Cigərxanyan öz teatrında direktor vəzifəsində çalışmış həyat yoldaşını işdən azad edib.
 
Bundan bir neçə gün sonra Cigərxanyan itkin düşüb. Vitalina polisə şikayət edərək, ərinin dostları tərəfindən oğurlandığını bildirilib. Aparılan araşdırmalar zamanı Cigərxanyanın xəstəxanalardan birində müalicə olunduğu üzə çıxıb.
 
Müəllif: Samir

Загрузка...
Загрузка...