Azərbaycandan keçirilən böyük miqdarda brilyant Gürcüstanda tutuldu VİDEO

 
Azərbaycan ərazisindən Gürcüstana keçirilən böyük miqdarda brilyant qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.
 
Bu məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
Məlumata görə, noyabrın 23-də şübhəli şəxs qismində saxlanılanlar Azərbaycan-Gürcüstan sərhədini “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən keçiblər. Onlar özləri ilə 557 ədəd brilyantı sərhəddən keçirməyə nail olublar. Brilyant şübhəlilərin pul kisəsindəki xüsusi saxlanc yerində və paltarlarında gizlədilib. Lakin gürcü gömrükçüləri onları saxlayıb.

Загрузка...
Загрузка...