Azərbaycandakı "yol əhvalatı" Sinqapurda təkrarlandı

Baxış sayı: 
145

Sinqapurun "SilkAir" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi İndoneziyanın Medan şəhərinin beynəlxalq hava limanında yük maşını ilə toqquşub.
Publika.az xəbər verir ki, qəza nəticəsində göyərtədə olan 163 sərnişindən heç biri xəsarət almayıb.
Şirkət nümayəndəsinin sözlərinə görə, hadisə dekabrın 23-də, təyyarə zolaq boyunca hərəkət etməyə başladığı zaman baş verib. Şəkildən görünür ki, hava gəmisinin gövdəsinin orta hissəsi zərbənin gücündən içəri batıb. Sərnişinlər boşaldıldıqdan sonra təyyarə təmir anqarına aparılıb, sərnişinlər üçün isə Sinqapurdan yeni təyyarə göndərilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Загрузка...
Загрузка...