​Azərbaycandakı sirli qətlin YENİ DETALLARI: Qadınla məşuqu kişini öldürüb… – VİDEO

Baxış sayı: 
280
0  
0  

 
Ötən il Göygöl rayonunda 4 il yarım axtarışı aparılan İlham Qəhrəmanovun həyat yoldaşı tərəfindən öldürüldüyü məlum olan qətl hadisəsi barədə yeni detallar üzə çıxıb.
Minval.info-nun əldə etdiyi məlumata görə, qətlin qaranlıq tərəfləri mərhumun qohumlarını narahat edib. Onlar piket keçirərək yaxınlarının ölümündə günahkar olanların həbsini tələb ediblər. Belə ki, qohumları İlhamın yalnız bir nəfər tərəfindən qətlə yetirildiyinə inanmır.
Xatırladaq ki, Aynurə Qəhrəmanova ərini öldürdüyünü istintaqa etiraf edib. Eyni zamanda yerli telekanalların birində bu barədə danışıb.
Minval.info-ya daxil olan bilgilərə görə, indi isə qadın dediklərindən imtina edib. O, ifadəsini dəyişdirərək etiraf etmək məcburiyyətində qaldığından belə söylədiyini bildirib.
Qohumları arasında gəzən söhbətlərə görə, Aynurə Qəhrəmanova başqa bir kişi ilə münasibətdə olub. O, məhz həmin şəxslə birgə bu qətldə iştirak edib. Belə ki, İlham Qəhrəmanov həyat yoldaşının başqası ilə olan münasibətindən xəbər tutub. O, arvadını gəzdiyi şəxslə birgə üzləşdirmək məqsədilə görüşə çağırmaq istəyib. Lakin bundan sonra mərhum yoxa çıxıb.
Yaxınları minval.info-ya deyiblər ki, tibbi ekspertizanın rəyinə görə İlham Qəhrəmanovun alt və üst dişlərinin yerində olmayıb: “Bu isə onun başqa biri tərəfindən əvvəlcə döyülməsindən sonra qətlə yetirilməsindən xəbər verir”.
Məlumat üçün bildirək ki, mərhumun qohumlarının keçirdiyi piketdən sonra İ.Qəhrəmanovun nəşi onlara təhvil verilib.
Samir Mirzə
Minval.info

 

Загрузка...
Загрузка...